Azərbaycanda 12 yaşlı qız həbsxanada atalığı tərəfindən zorlanıbmış – TƏFƏRRÜATbackend

Azərbaycanda 12 yaşlı qız həbsxanada atalığı tərəfindən zorlanıbmış - TƏFƏRRÜAT

Bakıda 11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

KONKRET.az xəbər verir ki, o, Oxu.Az-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib.

Kəmalə Ağazadənin sözlərinə görə, azyaşlının anası ikinci dəfə məhbus həyatı yaşayan bir kişi ilə həbsxanada nikaha girib:

“Anası 11 və 6 yaşlı qızlarını cəzaçəkmə müəssisəsində üç gün qalmaq üçün bir neçə dəfə özü ilə ora aparıb. Bu müddət ərzində 11 yaşlı qız atalığı tərəfindən cinsi zorakılığa məruz qalıb. Hadisə 1 il ərzində baş verib.

Hazırda qızın 12 yaşı var. 12 yaşı olmasına baxmayaraq, yalnız ikinci sinfi bitirə bilib.

12 yaşlı qız indi bizim yanımızdadır. 6 yaşlı qız anasının yanındadır. 6 yaşlı qızı almaq üçün iş aparırıq. Artıq təhqiqat başlayıb. Ekspertiza təyin olunacaq”.

Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*