Azərbaycanda 3 kredit ittifaqının lisenziyası ləğv olundubackend

Azərbaycanda 3 kredit ittifaqının lisenziyası ləğv olundu

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Abbas Kredit İttifaqı, Amin Kredit İttifaqı və Azərmaliyyə Kredit İttifaqı MMC-lərin lisenziyası ləğv olunub.

KONKRET.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 36-ya düşüb.

Xatırladaq ki, adları çəkilən kredit ittifaqları müvafiq olaraq 2003-cü ildə, 1999-cu ildə və 2010-cu ildə yaradılıb. Onların hər üçünün nizamnamə kapitalı 4 000 manatdır. Kredit ittifaqları müvafiq olaraq Qax, Şəmkir və Bakıda fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*