Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib.
KONKRET.AZ xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.
2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.
Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır: “Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir”.