Azərbaycanda 50 nəfərlə toyların keçirilməsinə icazə verilə bilər – AÇIQLAMAbackend

Azərbaycanda 50 nəfərlə toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Artıq yarım ildir ki, ölkəmizdə pandemiyaya görə toyların keçirilməsinə qadağa qoyulub. Karantin rejiminin isə sentyabrın 30-da bitməsi gözlənilir. Həmin vaxtdan sonra müəyyən qaydalarla Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

Mövzunu Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl ilə davam etdirdik. O, KONKRET.az-a açıqlamasında bildirdi ki, karantin rejimi ailə qurmağa əngəl deyil:

“Ailə həyatı gənclərimizə lazımdır. Bir-birilərini sevənlər nikaha daxil olsunlar və gedib yaşasınlar. Əlbəttə, tək nikahla ailə qurmaq istəyənlərimiz çox azdır. Toy etmək istəyirlər. Bunun üçün Operativ Qərargah qaydalar hazırlamalıdır. Belə ki, 50 nəfərlə və oynayanların arasında iki metrlik məsafə qorunmaqla toyların keçirilməsinə icazə verilə bilər. Toylarımızın açıq havada da keçirilməsi mümkündür. O məkanda insan sayı bir az çox da ola bilər, amma toylar açıq havada keçirilsə belə 2 metrlik sosial məsafənin qorunması vacibdir”.

Vasif İsmayıl fikrini belə tamamladı:

“Toya gələn qonaqların koronaviurus testindən keçirilməsi də yaxşı olardı. Ancaq çoxları testdən keçməyəcək. Yoluxmaya gəlincə isə payıza doğru artım müşahidə olunarsa, karantin qaydaları yenidən sərtləşdirilə bilər”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*