Bu il 600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb.
KONKRET.az xəbər verir ki,bu barədə report-un sualını cavablandıran Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən biri I ixtisas qrupu üzrə yalnız ödənişsiz əsaslarla bir yer – Bakı Ali Neft Məktəbini seçib və qəbul olmayıb: “Əgər bundan əlavə digər ixtisas seçimləri etsəydi, qəbul ola bilərdi. Digər şəxs isə III ixtisas qrupu üzrə sırf Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını ödənişsiz əsaslarla seçdiyindən qəbul ola bilməyib”.