Azərbaycanda 80-100 nəfərlə açıq havada  toyların keçirilməsinə icazə verilə bilər – AÇIQLAMAbackend

Azərbaycanda 80-100 nəfərlə açıq havada toyların keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA

Pandemiyaya görə Azərbaycanda 8 aya yaxındır ki, toylar keçirilmir. Qeyd edək ki, mərhələli şəkildə karantin rejimində yumşalmalara gedilir. Növbəti mərhələlərdə toyların keçirilməsinə icazə verilə bilərmi?

KONKRET.az-a bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycanda toyların keçirilməsinə icazə verilməlidir: “Sadəcə toyların forması dəyişilməlidir. Daha 500-1000 nəfəri zala doldurub, yemək-içmək vermək lazım deyil. Açıq havada və konkret zaman intervalında keçirmək olar. Burada da stolların düzülüşü arasında sosial məsafə qorunmaqla 80-100 nəfərlə toyların keçirilməsinə icazə verilə bilər. Əvvəlki qaydalarla toy keçirmək bu gün heç məqsədə uyğun da deyil. Əslində bu pandemiya yaxşı bəhanə oldu ki, bütün toyların formatı dəyişilsin. Hesab edirəm ki, format dəyişilməklə toyların keçirilməsinə icazə verilə bilər”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*