Azərbaycanda “App Store”nin çökməsinin SƏBƏBİ AÇIQLANDI – VİDEObackend

Azərbaycanda "App Store"nin çökməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO

Ölkədə bəzi smartfonlarda istifadə olunan “App Store” tətbiqi iflic olub.

KONKRET.az xəbər verir ki, bir neçə gündür ki, istifadəçilər bu tətbiqin xidmətlərindən yararlana bilmirlər.

Mütəxəssislər əvvəllər belə problemin qeydə alınmadığını deyirlər.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Rəşad Əliyevin sözlərinə görə, məsələ yalnız ölkə səviyyəsindədir:

“Düşünürəm ki, bu, telefonlara ziyanverici proqramların yüklənməsinin qarşısını almaq üçündür”.

R.Əliyev onu da qeyd etdi ki, problemin nə vaxt aradan qaldırılacağı məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*