Azərbaycanda avqustda gündəlik neft hasilatı üzrə göstərici açıqlandıbackend

Azərbaycanda avqustda gündəlik neft hasilatı üzrə göstərici açıqlandı

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 045 ton olub.

Energetika Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, bunun 64 870 tonunu xam neft, 11 175 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.

Beləliklə, Azərbaycan avqust ayında “OPEC+” çərçivəsində kvotasından 9 389 ton geridə qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*