Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMAbackend

Azərbaycanda benzin bahalaşır? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, qonşu ölkələrdə benzin bahalaşıb. Belə ki, Gürcüstanda və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətləri fevrala nisbətdə ortalama 20-25% artıb.

Azərbaycanda da qiymət artımı gözlənilirmi?

KONKRET.az bildirir ki, globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bir sıra dövlətlər neft hasilatını azaldarkən, xüsusilə İran və Rusiya kimi bəzi ölkələr hasilatı artırıb:

“Bu, əsasən həmin ölkələrdə mövcud olan müharibə şəraiti və iqtisadiyyatın böyük ölçüdə neft gəlirlərindən asılı olması ilə izah olunur. Əsas ixracatçı ölkələrin hasilatı azaltması beynəlxalq bazarda neft qiymətlərinə, eyni zamanda, idxalçı ölkələrin daxili bazarına təsirsiz ötüşməyib”.

İqtisadçı bildirib ki, məsələni Azərbaycanın daxili bazarı baxımından qiymətləndirdikdə, hazırda benzinin qiymətində artım gözlənilmir:

“Bunun əsas səbəbi ölkənin idxalçı deyil, ixracatçı olmasıdır. Növbəti qiymət artımı isə daha çox qurğuların və sıradan çıxmış avadanlıqların yenilənməsi ilə bağlı ola bilər. Dünya bazarında enerji qiymətlərinin sabit artımı valyuta gəlirlərinin yüksəlməsinə səbəb olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*