Azərbaycan İdman Akademiyası üçün iki yeni korpus tikiləcək.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Belə ki, akademiyanın 4-cü və 5-ci tədris korpuslarının tikintisi həyata keçiriləcək.
Xatırladaq ki, daha əvvəl 2021-ci ildə akademiyanın 3 mərtəbəli yeni korpusu istifadəyə verilib.
Qeyd edək ki, bu ilin may ayında hökumətin qərarı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilib.