Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxa bilərbackend

Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxa bilər

Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də pensiya ilə bağlıdır. 

Bu istiqamətdə pensiya yaşı, pensiya kapitalı kimi müxtəlif məsələlərə cavab axtarılır. Vətəndaşları ən çox düşündürən məsələlərdən biri də kimlərin daha tez pensiyaya çıxmaq hüququnun olmasıdır.

KONKRET.az cebheinfo.az-a istinadən xəbər verir ki, hüquqşünas Nurtac Xəlilova bu məsələyə aydınlıq gətirib. O bildirib ki, ağır və zərərli işlərdə azı 12 il 6 ay işləyən kişilər və azı 10 işləyən qadınlar üçün pensiya yaşı 5 il azaldılır:

“Eləcə də 5 və daha çox uşaq dünyaya gətirib onu 8 yaşınadək tərbiyə edən və ya əlilliyi olan uşağını 8 yaşınadək böyüdən analara da eyni güzəşt tətbiq edilir. Bundan başqa, 25 il xidmət edən hərbi qulluqçular, 35 işləyən prokurorluq əməkdaşları və bir sıra dövlət qulluqçuları da yaşa görə pensiyaya tez çıxmaq hüququna malikdirlər. Həmçinin lilipud və cırtdanboy şəxslərin 5 il sığorta stajı olduqda pensiyaya 20 il tez çıxa bilirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*