Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı AZALDILIRbackend

Azərbaycanda bu şəxslərin pensiyaya çıxma yaşı AZALDILIR

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığı artırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi beş il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir.

Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi layihədə yer alıb.

Bu da onların pensiya hüququna əlçatanlığını artırır.

Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.

  • Omer
    İyun 10, 2020 - 17:39

    Elbetdeki siz nese etmeye calisirsiniz, Cox sag olun. Esasende tehsilin staj hesab olunmasina gore.. Amma hami bilirki Selim beyin 2017 Ci ilde kolleqa iclasinda qebul etdiyi guzestli pensiyalarin hesablanmasi a edilen deyisiklik guzestli mehv etdi. Tam guzestli pensiya qanununa zidd hesablama Di.. Bunu niye duzeltmirsiniz. Bunu duzeltmek ucun sizin hec kime muracirt etmeyiniz lazim deyil. Qanuna bun, yeni pensiya hesablamalarini siz ozunuz, yeni nazirliyinin kolleqa si qebul edir. Eger qanununa aliliyin berqerar etsez pensiya kapitalini n 30% azaldilmasina ehtiyac olmaz.. Kapital 144 e bolunerse her bir insanin pensiya kapital pensiyaya cixmaga bes eder… Hemde haq edalet oz yerini tutar..

  • Tofiq
    İyun 13, 2020 - 19:59

    Salam əlbəttə yaxşı fikirdir. İndiyə qədər güzəştli pensiya yaşı 50 yaş və 52 yaş idi.İllərlə dənizdə qorxu həyəcan təhlükə altında işləyənlərə güzəşt olunmalıdı.51 yaşım var ürək nasazlığı, şəkər xəstəliyi,təzyiq xəstəliyi və s. Mən isti və sərin ofislərdə oturanlar dan fərqli olaraq pensiyaya çıxıb istirahət istəyirəm.Dovlətimizin apardığı inqilabı pensiya islahatindan yararlana bilsəm sevinərəm.bəri başdan təşəkkürlər və həmişə dövlətimizin siyasətini bəyənmişəm

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*