Azərbaycanda bu tarifləri Nazirlik müəyyən edəcək – FƏRMANbackend

Azərbaycanda bu tarifləri Nazirlik müəyyən edəcək - FƏRMAN

Azərbaycanda telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

KONKRET.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Prezidentin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanda əks olunub.

Fərmana görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tarifləri müəyyənləşdirərkən İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəylərini nəzərə alacaq.

Qeyd edək ki, indiyədək tariflər qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*