Azərbaycanda bu tarixdə rekord sayda nikah oldubackend

Azərbaycanda bu tarixdə rekord sayda nikah oldu

Mayın 25-də – yəni 25.05.2025 tarixində Azərbaycanda qeydə alınan nikahların sayı adi günlərlə müqayisədə kəskin artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Modern.az Ədliyyə Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, həmin gün ölkə ərazisində ümumilikdə 496 nikah rəsmiləşdirilib.

Qeyd edək ki, bu rəqəm il üzrə orta gündəlik göstəricidən xeyli yüksəkdir. Məsələn, 2025-ci ilin ilk üç ayında Azərbaycanda 11 min 206 nikah qeydə alınıb. Bu isə gündə orta hesabla 124 nikah deməkdir. 25 mayda isə bu göstərici dörd dəfə artaraq 496-ya çatıb.

Əvvəlki illərin statistikasına baxdıqda da fərq nəzərə çarpır. 2024-cü ildə ölkədə ümumilikdə 49 508 nikah bağlanıb. Bu gündə orta hesabla 135 nikah deməkdir. 2023-cü ildə isə günə orta hesabla 149 nikah bağlanıb.

Qeyd edək ki, simvolik tarixlərdə nikahların sayının artması dünyada da müşahidə olunan tendensiyadır. Rəqəmlərin təkrarı və simmetriyası ilə seçilən 25.05.2025 tarixi bəzi cütlüklər tərəfindən “uğurlu”, eyni zamanda “yadda qalan” gün kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*