Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü – RƏSMİbackend

Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü - RƏSMİ

Azərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8 031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 976, ötən müddət ərzində isə ümumilikdə 495 828 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*