Azərbaycanda daha bir vəkil dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, 15 saylı vəkil bürosunun vəkili Heydər Əsgərov COVID-19 xəstəliyindən vəfat edib.
66 yaşlı H.Əsgərov 17 il vəkillik fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri – Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib./report/
Allah rəhmət eləsin!