Lənkəran-Lerik sərhəddində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə KONKRET.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ yerli vaxtla 14:03-də, yerin 33 kilometr dərinliyində meydana gəlib.
Qeyd edək ki, bundan əvvəl Kəlbəcər rayonunda zəlzələ baş verib.