Müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəricilərindən biri onların məzunlarını əmək bazarına nə dərəcədə uğurla inteqrasiya edə bilməsidir.
Universitetlərin yalnız diplom təqdim edən qurum deyil, real iş bacarıqlarına malik mütəxəssislər hazırlayan strateji mərkəz kimi çıxış etməsi, onların cəmiyyətə və iqtisadi sistemə verdiyi töhfənin başlıca meyarına çevrilib. Bu səbəbdən son illərdə ali təhsil müəssisələrinin qiymətləndirilməsində məzunların işlə təmin olunma göstəriciləri xüsusi əhəmiyyət kəsb edir.
KONKRET.az xəbər verir ki. modern.az Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi”nə əsasən ölkədə fəaliyyət göstərən 31 universitetin məzunlarının məşğulluq reytinqini araşdırıb.
Reytinqə görə, 2018-2022-ci illər ərzində 31 universitetdə 366 ixtisas üzrə 103 min 396 məzunun 60 min 260-ı, təxminən 58.3 faizi işlə təmin olunub.
Məzunları ən çox iş tapan universitetlər
Məzunların məşğulluq reytinqinə görə ilk pillədə Bakı Ali Neft Məktəbi gəlir. Universitetdə 4 il ərzində 535 məzunun 402-si, yəni 67.3 %-i işlə təmin olunub. Məzunların böyük əksəriyyəti ixtisasları üzrə özəl və dövlət neft şirkətlərində çalışır.
Siyahıda ikinci yeri ADA Universiteti tutur. Universitetdə 4 il ərzində məzun olanların yarıdan çoxu – 53.5 %-i işlə təmin olunub. Bundan başqa Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetlərinin məzunlarının 50 faizdən çoxu məzun olduqdan 2 il müddətinə iş tapır.
Ölkənin aparıcı digər ali təhsil ocaqları hesab edilən Dövlət İdarəçilik Akademiyası 49.2%, Azərbaycan Turizm və Menecment Universiteti 49.1%, Azərbaycan Dövlət Pedaqoji Universiteti 48.1%, Milli Aviasiya Akademiyası 46.6%, Azərbaycan Memarlıq və İnşaat Universiteti 46.1% göstərici ilə məzunları ən çox iş tapa bilən universitetlər sırasındadır.
Məzun sayına görə illlərdir ölkədə lider statusunda olan Bakı Dövlət Universitetində 4 il ərzində 14 min 524 nəfər məzun olub ki, onların da 8 min 174-ü məzun olduqdan sonra iş tapa bilib. Bu da ümumi göstəricinin 40.2 % deməkdir.
Qabiliyyət imtahanı tələb edən universitetlərin məşğulluq reytinqi
Mədəniyyət və incəsənət sahələri üzrə kadr yetişdirən Azərbaycan Milli Konservatoriyası 45.2%, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 40.3%, Bakı Musiqi Akademiyasında isə 39 % məzunu universiteti bitirdikdən sonra iş tapa bilib.
İdman sahələri üzrə mütəxəssis yetişdirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bu göstəridi 42.6% təşkil edir.
Region universitetləri
Region universitetlərində isə məzunların məşğulluq üzrə reytinqləri aşağıdakı kimidir:
Sumqayıt Dövlət Universiteti – 43.2%
Lənkəran Dövlət Universiteti – 47.5%
ADPU Quba filialı – 43.1%
Mingəçevir Dövlət Universiteti – 42.4%
Naxçıvan Dövlət Universiteti – 39.2%
Azərbaycan Dövlət Aqrar Universiteti – 39.0%
Naxçıvan Müəllimlər İnstitutu – 30.6%
Tədqiqatlar onu göstərir ki, özəl universitetlərin məzunlarının işlə təmin olunmasında dövlət universitetləri ilə müqayisədə ciddi fərq yoxdur.
Özəl universitetlər
Özəl universitetlərin məzunlarının ortalama 40,4 %-i işlə təmin olunub. Özəl universitetlər arasında məzunların məşğulluq reytinqində liderliyi Bakı Biznes Universitetinə aiddir. Universitetin məzunlarının 4 il ərzində 46.4% iş tapa bilib.
Bundan başqa Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 44.9%, Xəzər Universiteti 44.7%, Azərbaycan Texniki Universiteti 43.0%, Bakı Mühəndislik Universiteti 40.8%, Azərbaycan Universiteti 38.7%, Bakı Avrasiya Universiteti 35.9%, Azərbaycan Texnologiya Universiteti 34.7%, Bakı Qızlar Universitetində isə bu göstərici 34.5%-dir.
Reytinqdə ən sonuncu gələn universitet
Siyahıda olan universitetlər arasında məzunları ən az iş tapan universitet Bakı Slavyan Universitetidir. Belə ki, 4 il ərzində universitetdən məzun olan 671 tələbə iş tapa bilib ki, bu da universitetlər arasınnda reytinqdə 26.2% səslə ən aşağı reytinq deməkdir.
Ümumilikdə məzun olanların 25,4 % (14 min 495 nəfər) dövlət, 84,6 % (42 min 469 nəfərr) özəl sektorda çalışır.
2018-2022-ci illərdə əmək bazarına keçid edən məzunların ixtisaslarına baxdıqda, bir sıra sahələrin digər sahələrə nisbətən daha çox tələbat gördüyü aydın olur. Ən çox işlə təmin olunmuş məzunlar aşağıdakı ixtisaslar üzrə təhsil alan şəxslər olub:
1. İqtisadiyyat – 2,554 nəfər
2. Maliyyə – 1,806 nəfər
3. Mühasibat uçotu və audit – 1,746 nəfər
4. Menecment – 1,574 nəfər
5. Sənayenin təşkili və idarə olunması – 1,515 nəfər
6. Biznesin idarə edilməsi – 1,331 nəfər
7. Dünya iqtisadiyyatı – 1,315 nəfər
8. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 1,096 nəfər
9. Bədən tərbiyəsi və idman – 1,044 nəfər
10. Hüquqşünaslıq – 868 nəfər
Məzunların əksəriyyəti isə aşağıdakı sahələr üzrə çalışır:
1. Mərkəzi Bank və maliyyə sektorunun fəaliyyəti – 3,346 nəfər
2. İxtisaslaşdırılmamış mağazalar – 2,334 nəfər
3. İxtisaslaşdırılmamış topdansatış – 1,918 nəfər
4. Ümumi xarakterli dövlət idarəetməsi – 1,797 nəfər
5. Restoran və ictimai iaşə xidməti – 1,705 nəfər
6. Ümumi orta təhsil (ikinci dərəcəli məktəblər) – 1,683 nəfər
7. Ali təhsil müəssisələri – 1,396 nəfər
8. İxtisaslaşdırılmış mağazalar – 1,303 nəfər
9. Digər xidmət və idarəetmə sahələri – 1,146 nəfər
10. Sosial proqramların idarə edilməsi – 887 nəfər