Azərbaycanda dəhşət: qəzəblənən qayınata maşınla gəlininin üstündən keçdibackend

Azərbaycanda dəhşət: qəzəblənən qayınata maşınla gəlininin üstündən keçdi

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

KONKRET.AZ xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub.

Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.

Bir cavab yazın