Zərdab rayonunda minik avtomobili buzlu yolda aşıb.
KONKRET.az-ın məlumatına görə, qəza zamanı maşında iki qadın sərnişin olub. Sürücü buzlu yolda idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Şahidlərin sözlərinə görə, avtomobildə olan qadınlar müəllim olub. Onların Otmanoba kənd məktəbinin dərsə gedən müəllimləri olduğu bildirilir. Qəzada ölənlərin olmadığı bildirilib
Faktla bağlı araşdırma aparılır.//Manset.az