Azərbaycanda doğulan Rusiyanın Əməkdar artisti VƏFAT ETDİ – FOTObackend

Azərbaycanda doğulan Rusiyanın Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Rusiyanın Əməkdar artisti, kino və teatr aktyoru Gennadi Mitrofanov 81 yaşında dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, bu barədə Ümum-Rusiya Karlar Cəmiyyəti məlumat yayıb.

Artist uzunsürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, G. Mitrofanov 1940-cı ildə Lənkəran rayonunun Port İliç (indiki Liman) şəhərində anadan olub. İki yaşında soyuqdəymə səbəbindən eşitmə qabiliyyətini itirib. 50 ildən çox Moskva Mim və Jest Teatrında çalışıb. O, həmçinin “Boris Qodunov”, “Dalğalar üzərində qaçan” və “Alçaqlar” kimi filmlərindəki obrazları ilə tanınıb.

Azərbaycanda doğulan Rusiyanın Əməkdar artisti vəfat etdi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*