Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artdıbackend

Azərbaycanda elektrik enerjisi istehsalı 4%-dən çox artdı

Bu ilin yanvar-fevralaylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 385 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

KONKRET.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,6%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 4,3artaraq 48,6 mln. manat təşkil edib.

Ötən iki ayıərzində Azərbaycanda 355,9 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-fevralaylarının göstəriciləri ilə müqayisədə 4,2% çoxdur.

Bunun 124,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-fevralaylarının göstəriciləri ilə müqayisədə 31,4% azdır.

Bunun 079,4 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin iki ayının göstəriciləri ilə müqayisədə 6,5% çoxdur.

Hesabat dövründə Azərbaycanda 17,0 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk iki ayının göstəriciləri ilə müqayisədə 9,1%azdır.

Yanvar-fevralaylarında ölkədə 4,7 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-fevralaylarının göstəricisi ilə müqayisədə 7,8azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*