Azərbaycanda əməkhaqqı artıb: Ən gəlirli işlərdə maaşlar AÇIQLANIB – FOTObackend

Azərbaycanda əməkhaqqı artıb: Ən gəlirli işlərdə maaşlar AÇIQLANIB - FOTO

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqların həcmləri açıqlanıb.

KONKRET.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

Müvafiq dövr ərzində dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 639,5 manat, özəl müəssisələrdə isə 827 manat olub.

Dövlət müəssisələrində əməkhaqqı ötən ayla müqayisədə 0,6 faiz, illik müqayisədə isə 2 faiz artıb. Özəl müəssisələrdə isə əməkhaqqı aylıq müqayisədə 0,6 faiz, illik müqayisədə isə 1,5 faiz azalıb.

Azərbaycanda neft-qaz sektorunda əməkhaqqı 3 230,7 manat olub ki, bu da əvvəlki aya nəzərən 0,5 faiz çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9,5 faiz azdır. Qeyri neft-qaz sektorunda isə əməkhaqqı 673,1 manatı təşkil edib, bu da aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə isə 2,3 faiz çoxdur.

İyul ayının 1-nə olan göstəricilərə əsasən, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*