Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandıbackend

Azərbaycanda ən populyar axtarış sisteminin adı açıqlandı

2021-ci ilin iyulunda Azərbaycanın axtarış sistemi bazarında 92,54 faiz paya sahib olan Google ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edib.

KONKRET.az bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

İyun ayı ilə müqayisədə Google axtarış sisteminin payı 1,09 faiz azalıb.

Hesabat dövründə Yandeks axtarış sisteminin payı 4,01 faiz artaraq 6,03 faiz təşkil edib.

Binq axtarış sisteminin payı 0,56, Yahoonun payı isə 0,44 faizə bərabər olub.

Azərbaycanın axtarış sistemi bazarında 0,43 faiz digər axtarış sistemlərinin payına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*