Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlarbackend

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar

Azərbaycanın rayon və şəhərləri üzrə 2025-ci il aprel ayının 1-nə olan orta aylıq nominal əmək haqqı üzrə göstəriciləri məlum olub.

KONKRET.az Trend-ə istinadla xəbər verir ki, Azərbaycanda ən yüksək əmək haqqı Xankəndi şəhərindədir.

Bu şəhərdə orta aylıq nominal əməkhaqqı 1 485.6 manat təşkil edir.

Ölkə üzrə ən aşağı əmək haqqı isə Qax rayonundadır. Belə ki, bu rayonun sakinlərinin orta aylıq nominal əmək haqqı 570.3 manatdır.

2025-ci ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın rayon və şəhərlərində orta aylıq əmək haqqı siyahısını təqdim edirik:

Rayon və şəhərlər Orta aylıq nominal əmək haqqı (manatla)
Bakı şəhəri 1 357.3
Naxçıvan şəhəri 890
Babək rayonu 728.5
Culfa rayonu 741.7
Kəngərli rayonu 808.8
Ordubad rayonu 714.0
Sədərək rayonu 729.2
Şahbuz rayonu 785.1
Şərur rayonu 686.8
Sumqayıt şəhəri 954.6
Abşeron rayonu 800.1
Xızı rayonu 625.8
Ağsu rayonu 671.5
İsmayıllı rayonu 641.3
Qobustan rayonu 672.6
Şamaxı rayonu 737.9
Gəncə şəhəri 756.4
Naftalan şəhəri 656.4
Daşkəsən rayonu 1 111.8
Goranboy rayonu 679.9
Göygöl rayonu 718
Samux rayonu 699.9
Xankəndi şəhəri 1 485.6
Ağcabədi rayonu 650.1
Ağdam rayonu 673.7
Ağdərə rayonu 1 054.4
Bərdə rayonu 648.8
Füzuli rayonu 694.5
Xocalı rayonu 1 017.2
Xocavənd rayonu 721.1
Şuşa rayonu 942
Tərtər rayonu 654.2
Ağstafa rayonu 625.5
Gədəbəy rayonu 899.1
Qazax rayonu 762
Şəmkir rayonu 724.9
Tovuz rayonu 670.4
Xaçmaz rayonu 698.1
Quba rayonu 719.1
Qusar rayonu 730.1
Siyəzən rayonu 804.3
Şabran rayonu 683.1
Astara rayonu 702.1
Cəlilabad rayonu 718.7
Lerik rayonu 648.8
Lənkəran rayonu 698.9
Masallı rayonu 645.6
Yardımlı rayonu 651.3
Mingəçevir şəhəri 726.8
Ağdaş rayonu 629.2
Göyçay rayonu 665
Kürdəmir rayonu 721
Ucar rayonu 676.2
Yevlax rayonu 686
Zərdab rayonu 686.2
Beyləqan rayonu 658.9
İmişli rayonu 708.1
Saatlı rayonu 656
Sabirabad rayonu 655
Balakən rayonu 605.3
Qax rayonu 570.3
Qəbələ rayonu 773.3
Oğuz rayonu 641.6
Şəki rayonu 681.1
Zaqatala rayonu 662.9
Cəbrayıl rayonu 768.4
Kəlbəcər rayonu 743.5
Qubadlı rayonu 880.4
Laçın rayonu 730.6
Zəngilan rayonu 984.5
Şirvan şəhəri 889.9
Biləsuvar rayonu 685.9
Hacıqabul rayonu 735
Neftçala rayonu 692.2
Salyan rayonu 767.5

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1 083.8 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 4 171.8 manat, qeyri neft-qaz sektorunda 1 025.7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 1 053.1 manat, özəl müəssisələrdə isə 1 115.6 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*