Azərbaycanın Lerik rayonunda erməni qıza aid tələbə biletinin tapılması haqda məlumat yayılıb.
KONKRET.az xəbər verir ki, “Teleqraf” İnformasiya Agentliyinin əməkdaşı məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayb.
İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova bildirib ki, quruma bununla bağlı müraciət daxil olmayıb:
“Əgər hansısa məlumat olarsa, bu barədə açıqlama veriləcək”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı açıqlama vermək onların səlahiyyətlərinə aid deyil.
***
Azərbaycanda erməni qızın tələbə bileti tapılıb.
KONKRET.az tns.az-a istinadən xəbər verir ki, tələbə bileti Lerik rayon Mərkəzi Avtovağzalında aşkarlanıb. Üzərində erməni yazıları olan tələbə bileti erməni qıza məxsusdur.
Tələbə biletinin hansı şəraitdə Azərbaycana gətirildiyi məlum deyil.