Rusiyada evliliyi uzun müddət davam edən cütlüklərlə bağlı təklif maraq doğurub. Belə ki, Dövlət Dumasına təqdim olunan müvafiq qanun layihəsində həmin şəxslər üçün nağd ödənişlər, mükafatlar nəzərdə tutulub. Bu addımın səbəbi isə boşanmaların sayının artmasıdır. Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Ötən illə müqayisədə nikahların sayı azalıb, boşanma halları artıb.
Ölkəmizdə oxşar qərarlar verilə bilərmi?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bir çox ölkələrdə uzunömürlü ailələrə müəyyən imtiyazlar verilir:
“Dövlətin mükafatı, güzəştləri buna nümunədir. Həmin ölkələr effektini də görüblər. Rusiya da bu üsuldan istifadə etmək fikrindədir. Kifayət qədər qənaətbəxş olduğunu düşünürəm. Çünki ailələrin uzunömürlülüyünə xidmət edən istənilən mexanizm cəmiyyətə də yaxşı təsir edirsə, xoş qarşılanır”.
Sosioloq bildirib ki, dövlətin bu cür addımları ailə təməlinin möhkəm olmasına xidmət edir:
“Azərbaycanda da boşanmalarla bağlı problem var və hətta böhran dövrünü yaşayırıq. Ölkəmizdə cütlüklərin ildönümündə birdəfəlik nəğd ödənişlərin olması müsbət nəticələnə bilər. 15, 20, 30, 40 il – hər dövr üçün mükafatların, imtiyazların təyin edilməsi mümkündür. Boşanmaların qarşısını almaq üçün ediləcək kiçik bir iş belə faydalıdır. Əks halda, bu gedişlə Azərbaycanda evli cütlük qalmayacaq”.
Mükafata ehtiyac yoxdur.Ölkədə iş yerləri,zavod fabriklər yaradılsa əhali işləyər,ailəsinidə dolandırar.Onda ailələrdə dağılmaz, Əksəriyyəti yəni 80 faizi işsizlikdən,dolanışığın aşağı olması səbıbindən baş verir boşanmalar.
Beli is yerleri olsa haminin basi qarisar .bizim dovler gunu gunden is yerlerin baglayr.Zulum cekirik zulum 9 ildi demir yolu xestexanasi baglanib issizem.isde isteyrem Salyan merkezi xestexanasindan detrler yoxdu is .gedib gelmeyden utaniram urji .bele derd olar.islemey isteyrik deyrler is yoxdu 9 ilde nujenni bir is olmadi bize ?