Azərbaycanda futbol matçı zamanı stadionun işıqları söndü – FOTObackend

Azərbaycanda futbol matçı zamanı stadionun işıqları söndü - FOTO

Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” matçı zamanı stadionun işıqları sönüb.

KONKRET.az xəbər verir ki, bu, matçın 26-cı dəqiqəsində baş verib.

Bu səbəbdən qarşılaşmanın baş hakimi Rəşad Əhmədov oyunu dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilən qarşılaşma “CBC Sport” tərəfindən canlı yayımlanır.

***

Stadionun işıqlandırılması generator vasitəsi ilə təmin olunub. 10 dəqiqəlik fasilədən sonra qarşılaşma yenidən bərpa olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*