Azərbaycanda gəlin maşını qəzaya uğradı: Ölən və yaralananlar varbackend

Azərbaycanda gəlin maşını qəzaya uğradı: Ölən və yaralananlar var

Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bir nəfər ölüb, toyu olacaq bəy xəsarət alıb.

KONKRET.az xəbər verir ki, qəza zamanı 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil ilə 74-BC-207 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində vəfat edib.

Avtomobildə olan sərnişin, Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb.

Digər avtomobilin sürücüsü, toyu olacaq şəxs Fərid Emin oğlu Rəsulov və avtomobildə olan sərnişinlər – Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*