Azərbaycanda gənclər buna görə evlənmirlər – ŞOK SƏBƏBLƏRbackend

Azərbaycanda gənclər buna görə evlənmirlər - ŞOK SƏBƏBLƏR

“Son illərdə gənclərin evliliyə münasibətində ciddi dəyişiklik müşahidə olunur. Müasir gənclər üçün evlilik artıq ilk prioritet deyil. Onlar şəxsi inkişaf, təhsil və karyera qurmaq kimi hədəflərə daha çox önəm verirlər”.

Bu fikirləri psixoloq Elnurə Hüseynova KONKRET.az-a açıqlamasında səsləndirib:

“Gənclər evlilikdən əvvəl həyatlarını sabitləşdirməyi, maliyyə baxımından özlərini təmin etməyi və emosional cəhətdən hazır olmağı zəruri sayırlar. Onlar düzgün insanı tapmadan bu addımı atmağın riskli olduğunu düşünür və gözləməyi üstün tuturlar”.

Psixoloq qeyd edir ki, evliliyin təxirə salınmasının əsas səbəblərindən biri də iqtisadi çətinliklərdir. Toyların yüksək maliyyətlə başa gəlməsi, mənzil problemi və ümumi maddi qeyri-sabitlik bir çox gənci evlilikdən uzaqlaşdırır.

“Bundan əlavə, boşanma qorxusu da bəzi gəncləri evlənməkdən çəkindirir. Xüsusilə, dağılmış ailələrdə böyüyənlər eyni taleni yaşamaq istəmir, ailə qurmaq qərarını daha ehtiyatla verirlər.

Gənclər sevgi və münasibətlərə qarşı deyillər. Əksinə, onlar daha sağlam və dayanıqlı münasibətlər qurmaq üçün emosional uyğunluğu və qarşılıqlı anlayışı əsas şərt sayırlar. Bu səbəbdən də evliliyə yalnız tam hazır olduqlarını hiss etdikdə addım atmağı doğru hesab edirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*