Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşdıbackend

Azərbaycanda illik inflyasiya 14 %-ə yaxınlaşdı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,3 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

KONKRET.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin noyabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101 %, ötən ilin noyabr ayına nisbətən 115,1 % olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*