Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil – Deputatbackend

Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil - Deputat

Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil. Düzdür işlər görülür, müsbətə doğru irəliləyiş var, amma xaricə gedəndə və orada interneti istifadə edəndə fərqi daha yaxşı başa düşürük.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, bu problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur. “Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Mən düşünürəm ki, büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”, – deyə deputat əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*