Bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,5 min nəfər işsiz şəxs olub.
KONKRET.az xəbər verir ki, Hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı 3,3 min nəfər azalıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 294,9 min nəfər olub, onlardan 5 milyon 11,4 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da bildirək ki, məşğul əhalinin 1 milyon 759 min nəfərini əmək müqaviləsiylə işləyən şəxslər təşkil edib. Onların 881,7 min nəfəri dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınab işsiz şəxslərin sayı isə 222,8 min nəfər olub, onların 46%-ini qadınlar təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 404 manat olub./Yeniavaz.com
Işsizem iş tapa bilmirem
İşsizler verilir 404 manat inandırıcı gəlmir çünki məndə almıram.
Mən 1ildir işsizəm hani 404 manat kim alıb desin
And olsun Allaha duz 4 il işsiz kimi dosd mərkəzdə qeydiyyatdan keçdim ,nə sosyal.nə işsizlik pulu vermədilər.ilahi gör nə qeder pul silirlər bədbext kadibin xeberi yoxdu.
Elbetdeki ne qeder iwsizin haqqini kesirler
KONKRET AZ çox qələt eləyir yalan məlumat verir.çünki Azərbaycanda işsizlərin sayı 3 miliona yaxındır.
İşə qəbul ucun biraz yaş həddinə nəzarət edilsin və adi bir iş ucun qoyduqları şərtlərə nəzarət olsa cox yaxsi olar 35 yaşdan yuxarı işə qəbul etmirlər
Bəs hara gedir bu pullar işsizliyə görə pul almırıq