Azərbaycanda işsizlərin sayı nə qədərdir? – RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda işsizlərin sayı nə qədərdir? - RƏSMİ AÇIQLAMA

“Bu gün Azərbaycanda 300 minə yaxın işsiz var”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-yə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, ölkələrdə işsizlərin sayını statistika qurumları müəyyən edir: “BƏT metodologiyasına uyğun olaraq işsizlərin ehtimal edilən sayı müəyyənləşdirilir. Bir də işsizlərin qeydiyyatı məsələsi var. Bu zaman ölkələrdə məşğulluq orqanlarına müracət edən şəxslərin sayı əsasında işsizlərin sayı müəyyən edilir. Bu gün BƏT metodologiyasına uyğun olaraq, Azərbaycanda 300 minə yaxın işsiz var”.

M. Abbasbəyli qeyd edib ki, ölkədə 267-270 minə yaxın da qeydiyyatda olan işsiz var.

Daha ətraflı Baku TV-nin süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*