Naxçıvan televiziyasının sabiq əməkdaşı, jurnalist, yazıçı, dramaturq, publisist, filoloq Bayram İsgəndərli 82 yaşında vəfat edib.
KONKRET.az bu barədə “NUHÇIXAN”a istinadən xəbər verir.
Jurnalist, yazıçı, dramaturq, publisist Bayram Məmməd oğlu İsgəndərli (İsgəndərov Bayram Məmməd oğlu) 17 iyul 1943-cü ildə Naxçıvan şəhərində anadan olub.
Naxçıvan şəhərində Üzeyir Hacıbəyov adına 1 saylı orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur. Bayram İsgəndərli 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1971-1973-cü illərdə Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin radio redaksiyasında redaktor, şöbə müdiri olub. Bayram İsgəndərli daha sonra Naxçıvan MR Nazirlər Sovetində təlimatçı, Mətbuatda Dövlət sirlərini mühafizə edən Baş İdarənin müvəkkili, Naxçıvan MR Teleradio Komitəsində baş redaktor, Naxçıvan Özəl Universitetində müəllim, “Lider Media Holdinq” MMC-in “Dublyaj” redaksiyasında redaktor kimi fəaliyyətini davam etdirib.
“Naxçıvan Televiziya və Radio Verilişləri” QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir!
