“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir” – Əhməd İsmayılovbackend

"Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov

“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”.

KONKRET.az xəbər verir ki, bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır.

“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, – deyə Əhməd İsmayılov əlavə edib.

Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*