Azərbaycanda karantin rejimi ləğv edilir? – TƏBİB-dən AÇIQLAMAbackend

Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi sentyabrın 8-də yoluxanların sayı 89-a enib. Bundan əlavə 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 3 nəfər ölüb. Yoluxanların sayının azalma dinamikası ilə davam edərsə, Azərbaycanda qaydalar saxlanılmaqla karantin rejimi ləğv edilə bilərmi?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Operativ Qərargah təkcə TƏBİB-dən ibarət deyil:

“Operativ Qərargahın tərkibində müxtəlif qurumlar təmsil olunur. Karantin rejimi ilə bağlı hər hansı bir qərar verilərsə və yumşalmalara gediləcəksə, Nazirlər Kabineti tərəfindən məlumat veriləcək. Dünənki sayla bağlı da sorğu olmuşdu. Yoluxanların sayı kəskin aşağı düşüb. Sağalanların sayının artması ilə bağlı biz məlumat vermişdik ki, bazar günü proflaktik dezinfeksiya işləri aparıldığına görə laboratoriya testləri az olur. Belə olanda yoluxanların sayı aşağı düşür. Ümid edək ki, yoluxanların dinamikası bu cür azalma dinamikası ilə davam edər”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*