Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.
Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M.H. ilə sinif yoldaşı Q.H. arasındakı mübahisə davaya çevrilib. Q.H. M.H.-yə bıçaqla xəsarətlər yetirib.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin yardım göstərildikdən sonra M.H. Göyçay Rayon Xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının sözlərinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.