Azərbaycanda məscidlər nə zaman açılacaq? – AÇIQLAMAbackend

Azərbaycanda məscidlər nə zaman açılacaq? - AÇIQLAMA

Azərbaycanda koroanvirusa görə tətbiq edilən sərt karantin rejiminə görə məscidlərin fəaliyyəti dayandırılıb. Bu gün hər kəsi maraqlandıran sual məscidlərin nə zaman açılacağıdır. Azərbaycanda məscidlər nə zaman açılacaq?

KONKRET.az-ın bununla bağlı sualını şərh edən deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda pandemiyaya görə məscidlər fəaliyyət göstərmir: “Bununla bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi öz mövqeyini bir neçə də bildirib. Burada əsas məsələ ondan ibarətdir ki, pandemiya təhlükəsi tam sovuşmayıb. Bir sıra dünya ölkələrində koronavirus ciddi şəkildə özünü göstərir. Virus daha çox insanların sıx toplaşdığı yerlərdə yayılır. Azərbaycanda da elə məscidlərimiz var ki, cümə günləri keçirilən dini mərasimlər zamanı oraya 7000 min və bəzən daha çox insanlar toplaşır. Elə məscidlərimiz də var ki, insanlarımız bir yerə toplaşaraq gündəlik namazlarını qılırlar. Pandemiya tam sovuşmadığına görə adiyyəti strukturların fikirləri ondan ibarətdir ki, hələ ki, məscidlər fəaliyyət göstərməsin. Bildiyiniz kimi ölkəmizdə karantin rejimində müəyyən yumşalmalar oldu, bir çox müəssisələr fəaliyyətə başladı. Rayonlara gediş-gəlişə icazə verildi. Məscidlərin hansı tarixdə açılması ilə bağlı məsələ epidemioloji vəziyyətdən, virusun artma-azalma dinamikasından asılı olacaq. Belə dövrdə dindar vətəndaşlarımıza tövsiyəmiz ondan ibarətdir ki, bir müddət gözləyək, tələsməyək. Məscidlərin fəaliyyəti, dini ayinlər və mərasimlərlə bağlı bütün məsələlər dövlətin diqqətindədir. Hazırkı mərhələdə gözləməliyik. Tələsməməliyik. Təhlükə tam sovuşmayıb”.

Deputat qeyd edib ki, pandemiya bitdikdən sonra həyat öz axarına düşəcək:

“Vətəndaşlarımızı da məscidlərdə ibadət etmək üçün lazım olan şərait yaradılacaq. Müəyyən dövr üçün hər birimiz səbirli olub, gözləməliyik. Biz birdən-birə karantin rejimi ləğv edə bilmərik. Çünki yoluxanların sayı yenidən arta bilər və nəticədə daha ciddi problemlər yaşaya bilərik. Bunun üçün də səbirli olmalıyıq. Düşünürəm ki, pandemiyanın bitməsinə çox da vaxt qalmayıb. Bir müddətdən sonra həyat öz axarına qayıdacaq. İnsanlar rahat şəkildə məscidlərdə ibadətlərini, dini ayin və mərasimlərini yerinə yetirəcək. Bilirsiniz ki, bu məhdudiyyət bütün ölkələrdədir. Hətta bu il Həcc ziyarəti də fərqli formada keçirildi. Ənənəvi qayda da baş tutmadı. Hər şey qaydasına düşdükdən sonra bu məsələlər baxılacaq. Ona görə də bu gün konkret bir vaxt demək çətindir. Vaxtı gəldikdə aidiyyatı qurumlar öz mövqelərini bildirəcək”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*