Azərbaycanda məşhur mağaza bağlanır – İddiabackend

Azərbaycanda məşhur mağaza bağlanır – İddia

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin “DeFacto” markasına məxsus mağazaların bağlandığı iddia edilir. 

KONKRET.az “qaynarinfo”ya istinadən xəbər verir ki, artıq şəbəkənin bir neçə filialı boşaldılır. Məhsullar outlet mağazada bu gündən satışa çıxarılıb.

İddia olunur ki, hələ bir müddət öncə şirkətin əməkdaşlarına ixtisar olunacaqları ilə bağlı məlumat da verilib. İddialara görə, mağaza artıq Azərbaycanda onlayn çatdırılma ilə işləmək istəyir.

Məlumat üçün bildirək ki, internet resurslarında “DeFacto”nun Azərbaycandakı rəsmi distribyutoru kimi “BrandMart” QSC göstərilib. “DeFacto”nun Azərbaycanda 4 mağazası fəaliyyət göstərir.

İddiaları dəqiqləşdirmək üçün şəbəkənin Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir neçə filialı ilə əlaqə saxlamağa çalışsaq da, internetdə qeyd edilən nömrələr işləməyib.

“DeFacto”nun Türkiyədə yerləşən Baş Ofisindən isə sorğunu cavablandırmaqdan imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*