Azərbaycanda məşhur şirkətin lisenziyası ləğv edildibackend

Azərbaycanda məşhur şirkətin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Plato Capital and Co. İnvestisiya Şirkəti ASC-nin lisenziyasını ləğv edib.

AMB-dən KONKRET.az-a verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv olunub.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.

“Plato Capital and Co.”nu 2002-ci ildə hazırda ləğv prosesində olan Texnika Bank ASC “Texnika Kapital Menecment” adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını “Kapital Menecment”ə, 2018-ci ildə “Plato Menecment”ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99% payla Red Block MMC və 1% payla Leyla Hacıyevadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*