Azərbaycanda mexanika maşınların sonu gəlir – Ekspertlər nələri proqnozlaşdırır?backend

Azərbaycanda mexanika maşınların sonu gəlir - Ekspertlər nələri proqnozlaşdırır?

Mexanika maşınların sayı dünyada getdikcə azalır. Bu, bizim ölkəyə də təsir edir. 

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, sürücülərin sözünə görə, bu maşınlara alıcı tapılmadığı üçün qiymətləri də azalır:

“Artıq insanlar rahatlığa üstünlük verdikləri üçün avtomat karopka sürməyə üstünlük verirlər. Bundan əlavə, avtomat karopkaya malik avtomobillər sürücülərə xüsusilə şəhərdə, tıxaclarda və sıx trafik şəraitində daha az yorğunluq gətirir. Bu da onların üstünlüklərindən biridir”.

Bəs mexanika avtomobillərin bazardan çıxarılması gözlənilir?

Məsələ il bağlı nəqliyyat eksperti Yasin Mustafayev bildirir ki, son zamanlar bu avtomobillərə alıcı tapılmır deyə ölkəyə gətirilmir. Azərbaycanda mexanika maşınlar hələ də var. Bu maşınlar paytaxtda çox olmasa da bölgələrdə kifayət qədərdir. Belə ki, rayonlarda tıxac çox olmadığı üçün bu maşınları insanlar rahat sürə bilir.

Ekspert həmçinin qeyd edib ki, mexanika və avtomat avtomobillər arasındakı fərq yalnız ötürmə qutusunun tipindən ibarət deyil, həm də avtomobilin istehsal ili, texniki vəziyyəti və baxımı ilə bağlıdır. Mexanika maşınlar daha sadə və daha ucuz təmir olunmasına baxmayaraq, sürücülərin rahatlığı və şəhər şəraitinə uyğunluğu baxımından avtomat maşınlara üstünlük verilir:

“Azərbaycanda mexanika ötürməli avtomobillərin sayı azalmağa davam edir, amma xüsusilə bölgələrdə bu növ avtomobillərə olan tələbat hələ də mövcuddur. Buna görə də həm mexanika, həm də avtomat ötürməli avtomobillərin özünəməxsus yeri və üstünlükləri qalır. Gələcəkdə isə avtomat ötürməli avtomobillərin bazarda daha da geniş yayılması gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*