Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılırbackend

Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır

Azərbaycanda yeni dövlət qurumu yaradılır. 

KONKRET.az xəbər verir ki, Milli Gəlirlər Nazirliyi adlı yeni qurumun yaxın günlərdə elan olunacağı bildirilir.

Məlumada Milli Gəlirlər Nazirliyi Maliyyə Nazirliyinin bazasında formalaşdırılacağı, vergi və gömrük orqanlarının da həmin nazirliyin tabeliyində fəaliyyət göstərəcəyi qeyd olunur.

“Yeni nazirliyin yaradılmasında əsas məqsəd gəlirlərin vahid mərkəzdən idarə olunmasını təmin etməkdir”, – deyə mənbə bildirib.

Supernazirliyə rəhbərlik edəcək şəxsin kimliyi hələ dəqiqləşməsə də, müxtəlif şəxslərin adı çəkilir. Qeyd edib ki, hazırda bununla bağlı hakimiyyətin yuxarı eşelonunda müzakirə gedir./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*