Azərbaycanda niqab qadağan edilə bilər? – “Təhlükəsizlik baxımından hər hansı problemlər varsa…”backend

Azərbaycanda niqab qadağan edilə bilər? – “Təhlükəsizlik baxımından hər hansı problemlər varsa…”

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qırğızıstanda niqabın qadağa olunması barədə qərarın ardından Azərbaycanda da ictimai yerlərdə niqab taxılmasının qadağan ediləcəyi barədə fikirlərin ortaya atılmasına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, komitə sədri pravda.az-a açıqlamasında deyib ki, başqa ölkələrdə baş verən bütün proseslər Azərbaycanda da ciddi analiz edilməlidir.

“Təhlükəsizlik baxımından hər hansı problemlər varsa, bu istiqamətdə müvafiq qərarlar qəbul edilməlidir. Diqqət edirsinizsə, bizdə də baş örtüsü bəhanəsi ilə başqa ölkənin ideoloji simgəsi sayılan tam qapalı bürünmə forması icad olunub. Bunu Azərbaycan cəmiyyətində adiləşdirməyə çalışırlar. Halbuki İslam dinində nəzərdə tutulan hicab, yaxud başörtüsü bununla uzlaşan mahiyyətdə deyil. Qadınların örtünməsi tələbi sadəcə onların tamamilə üz-gözlərini gizlətmələri mənasına gəlmir. Açıq-saçıq yerlərin gizlənməsindən söhbət gedir. Hətta heç İranda hazırda bu cür geyim forması yoxdur. Türkiyədə də belə bir geyim forması çox azdır. Azərbaycanda isə bunu yaymaq istəyən bir zehniyyət var. Təbii ki, hansısa məhdudiyyətlərin gətirilməsi mümkündür. Bütövlükdə baş örtüsü anlayışı doğru verilməli, ehtiyatlı addım atılmalıdır ki, həqiqi səmimi inanclı insanlar bundan zərər çəkməsinlər, sadə formada baş örtüsünü özü üçün məqbul sayan insanlara bu hansısa şəkildə narahatlıq yaratmasın. Hicabı bir moda, ideoloji mahiyyətdə istifadə edənlərlə sırf inanc olsun deyə istifadə edən şəxsləri bir-birilərinə qarışdırmaq olmaz”, – F.Mustafa bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*