Azərbaycanda peyvənd olunmayan insanlara çörək satışı qadağan edilir? – AÇIQLAMAbackend

Azərbaycanda peyvənd olunmayan insanlara çörək satışı qadağan edilir? - AÇIQLAMA

Türkiyədə koronavirusa yoluxanların sayının artması səbəbindən İstanbulun 6 bölgəsində vaksin olunmayan şəxslərə çörək satılması qadağan edilib. Qərara görə, qeyd edilən ərazilərdə yerləşən çörək dükanlarına peyvəndsiz girmək də mümkün olmayacaq. Vaksin qərarının yaxın zamanlarda digər bölgələrə, hətta bütün Türkiyəyə şamil edilə biləcəyi qeyd olunub. Qardaş ölkədə belə bir qərarın qəbul edilməsi Azərbaycanda da eyni addımın atılıb-atılmayacağı ilə bağlı məsələləri gündəmə gətirib.

Bəs görəsən Azərbaycanda peyvənd olunmayan insanlara çörək satışı qadağan edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, bu addım qəti şəkildə yolverilməzdir: “Çünki insan azadlıqlarının və qidalanma ilə bağlı hüquqlarının əlindən alınması deməkdir. Artımla bağlı statistika mövcud olanda sərtləşdirmə ilə əlaqədar müxtəlif addımlar atıla bilər. Karantinin sərtləşdirilməsi bəzən alternativsiz məcburiyyətdən irəli gəlir. Bu da anlaşılandır. Lakin insanların çörək, su və digər yaşayış üçün zəruri olan qidalarla imtahana çəkilməsi, onların həyatlaının əlindən alınması deməkdir. Yəni insana çörək verməyəndən sonra, onu müalicə edib-etməməyin heç bir önəmi yoxdur. Çünki bu insan üçün ölüm deməkdir. Ona görə də belə bir qərarın qəbulu kökündən yanlışdır və heç bir halda buna yol vermək olmaz”.

Elşad Məmmədov

Elşad Məmmədov əlavə edib ki, peyvənd məsələsində məcburiyyət mümkün deyil: “Əgər bir şəxs peyvənd edilməyibsə onu kütləvi tədbirlərdən, insanların sıx olduğu yerlərdən uzaqlaşdırmaq mümkündür. Amma ona yaşamaq hüququnu yalnız Allah verir. Bu hüququ onların əlindən almaq heç bir məntiqə sığmır. Düşünürəm ki, Azərbaycan hökuməti bu qərara heç vaxt imza atmaz. Yəni ölkədə belə bir qərarın tətbiqi gözlənilən deyil”.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov hazırda İstanbulda olduğunu və burada böyük ticarət mərkəzlərinə peyvənd olunmayanların buraxılmadığını deyib: “Onların QR kodu yoxlanılır. Amma kiçik mağaza və supermarketlərdə, ərzaq dükanlarında, muzeylərdə belə məhdudiyyətlər yoxdur. İstanbul böyük şəhərdir. Ola bilər ki, peyvənd olunmayanlara qarşı bu cür qadağa mövcuddur. Ancaq mən rastlaşmamışam. Bir vəkil kimi onu deyə bilərəm ki, bu cür məhdudiyyətlərin olması ümumən hüquq prinsiplərinə ziddir”.

Əkrəm Həsənov: “Məzənnə fərqinin 92%-dən çoxunu dövlət ödəyəcək”

Əkrəm Həsənov əlavə edib ki, əgər virus çox geniş yayılırsa və bunun qarşısı alına bilmirsə, o zaman ya evə qapanma olmalı, ya da maska və gigiyenik vasitələrdən istifadə tələb edilməlidir: Amma hökumət belə addım atırsa, o zaman vətəndaşlara minimal ərzaqın çatdırılmasını təmin etməlidir. Əks halda kimsə peyvənd olunmaq istəmirsə, o zaman dövlət bu vətəndaşların da hüquqlarına hörmət edərək yaşamlarını təmin etməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Zəminə
    Avqust 3, 2021 - 17:07

    Əhalinin qırmaqdan ötrü bütün yollara əl atılır.Allahdızlıqdı bu!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*