Azərbaycanda qadın əməliyyat zamanı ölübbackend

Azərbaycanda qadın əməliyyat zamanı ölüb

Bərdə rayonunda 81 yaşlı qadın əməliyyat zamanı ölüb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1938-ci il təvəllüdlü Şəkər Müseyib qızı Bayramova yıxılaraq boyun nahiyəsindən ağır xəsarət alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaşlı qadını əməliyyat etsələr də, onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*