Daşkəsəndə 30 yaşlı qadın başından xəsarət alıb.
KONKRET.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qıyıqlı kəndində baş verib.
Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Əfsanə Məmməd qızı Cəfərova kəllə-beyin traması ilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal qadına yardım edilib.
Daha sonra 30 yaşlı qadın Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.
Məlumata görə, 30 yaşlı qadını ailə münaqişəsi zamanı qardaşı balta ilə başından xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.