Azərbaycanda qeyri-neft ixracı 14 % ARTDIbackend

Azərbaycanda qeyri-neft ixracı 14 % ARTDI

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 milyon ABŞ dolları təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.

Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da oktyabr ayına nisbətən 12,2 % çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 % artaraq 2 713,4 milyon ABŞ dolları təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*