backend

Azərbaycanda qiymət artımı gözlənilirmi? - Qiymətartırıcı faktorlar çox aktivdir

Qubad İbadoğlu

Azərbaycanda son günlər qiymət artımı demək olar ki, cəmiyyətin ən aktial mövzularından olub. Buna görə də daim mediada iqtisadçıların bununla bağlı fikir və mülahizələrinə, müsahibələrə və ciddi araşdırma yazılarına rast gəlirik. BBC-nin Azərbaycan xidməti iqtisadçı-ekspert Qubad İbadoğlu ilə mövzuya yenidən qayıdıb. Q.İbadoğlu vurğulayıb ki, qiymətlər dinamikdir və həmişə artıma məruz qalır: “Çox təəssüflər olsun ki, qiymətlər əvvəlki illərin eyni dövrü ilə müqayisədə ucuzlaşmaq əvəzinə daha da yüksəldi. Əsasən söhbət meyvə-tərəvəz, bostan məhsullarından gedir. Bu isə onu deməyə əsas verir ki, bu ilin payız mövsümündə qiymətlər daha təsirli şəkildə artacaq. Ərzaq, qeyri-ərzaq və xidmət sahələrində bu, özünü sərt şəkildə göstərəcək. Çünki qiymətartırıcı faktorlar da çox aktivdir. Xüsusilə də sentyabrın sonlarında və oktyabrın əvvəlində biz bunu müşahidə edəcəyik. Çox güman ki, qiymət artımı aprel ayına qədər davam edəcək. Bu da təbii ki, ailələrin əlavə xərclərinə səbəb olacaq”. Qubad İbadoğlu manatın devalvasiyası məsələsinə də münasibətini bildirib. Onun sözlərinə görə, ölkədə ixrac olunan neftin həcmində azalma müşahidə olunarsa və dünya bazarında neftin qiyməti azalarsa, bu, manatın devalvasiyasına səbəbə olacaq. Amma hazırda devalvasiya üçün ciddi amillər görünmür. Qubad İbadoğlu bildirib ki, SOCAR əsas kredit öhdəliklərini 2020-2021-ci ildə yerinə eytirməlidir. Bu da manatın devalvasiyasına ciddi təsir edə bilər.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*