Azərbaycanda radio stansiyaların sayı 19-a çata bilər.
KONKRET.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı” adlı tədbirdə bildirib.
O qeyd edib ki, son 5 ildə radio stansiyaların sayı 2 dəfə artırılıb:
“Artıq 2 ədəd radio tezliyi tenderdədir. Tenderi uğurlu keçsələr, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Təxminən 5 il əvvəl bu göstərici 10-11 idi. Biz faktiki olaraq radio stansiyaların sayını 2 dəfə artırdıq”.
“Hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyırır. Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər olurdu. İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radio stansiya fəaliyyət göstərir. Hazırda vətəbdaşların bununla bağlı geniş seçim imkanları var”, – deyə İ.Səttarov əlavə edib.